İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Ən çox veb-hücumlara məruz qalan ölkələr hansılardır?

15.11.2013 [11:32]

Fontu böyüt:      

"Kasperski Laboratoriyası"nın mütəxəssisləri bu ilin üçüncü rübündə virus yazıçılarının mobil platformalara yönləndirilmiş yeni, qeyri-standart üsullarını qeydə alıblar: bank hesabına çıxış əldə edən yeni "innovativ" "Svpeng" ziyanvericisi aşkar edilib.
"Kasperski Laboratoriyası"nın mütəxəssisləri bu ilin üçüncü rübündə virus yazıçılarının   mobil platformalara yönləndirilmiş yeni, qeyri-standart üsullarını qeydə alıblar: bank hesabına çıxış əldə edən yeni "innovativ" "Svpeng" ziyanvericisi aşkar edilib. Bundan başqa ilk dəfə "Android" troyanı "Obad"ın yayılması üçün kənar botnetlərin gücündən istifadə edilib.
 
Eyni zamanda üçüncü rübdə  planlaşdırılmış kibercasusluq kampaniyalarının çoxluğu ilə yadda qalıb. Ümumilikdə bu müddət ərzində "Kasperski Laboratoriyası" məhsulları ilə 978 628 817 ziyanverici obyekt zərərləşdirilib.
"Kasperski Laboratoriyası"nın məlumatlarına əsasən, mobil platformalara edilən bütün hücumların 99,9%-i bu ilin üçüncü rübündə "Android" əməliyyat sisteminə yönəldilib.
 
Yeni təhdidlərin arasında, digər oxşar ziyanverici proqramlardan fərqli olaraq, cinayətkarlara təkcə smartfonu virusa yoluxdurmaqla bank hesabından pul oğurlamağa imkan verən "Svpeng" troyanını qeyd etmək olar. "Mobil banking" servisindən balans sorğuladıqda və cavab olaraq mobil telefonun balansını yükləmək təklifi ilə SMS-məlumatı aldıqda, ziyanverici istifadəçinin bank hesabından pulları, "smartfon-kompüter" bağlanmasının yanından ötərək ziyanvericilərin mobil hesabına köçürür.
Mobil platformalar üçün nəzərdə tutulmuş virusların yaradıcıları üsulları daha təkmilləşdirilmiş olduğu halda, veb-hücumlar sahəsində ixtisaslaşan ziyanvericilər say etibarı ilə qalib gəlirlər. Ümumilikdə bu ilin üçüncü rübündə "Kasperski laboratoriyası" 500 284 715 hücum qeydə alıb, bu arada ziyanverici proqramların yayılması üçün istifadə edilən veb-resursların 45,2%-i ABŞ və Rusiyada yerləşib. Bu veb-təhdidlərin qurbanı əsasən MDB ölkələrinin əhalisi olur: bu ölkələrin 9-u artıq bu nöqteyi-nəzərdən ən "təhlükəli" regionlar onluğuna düşüblər.( ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar