İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Nar Mobile” qalibləri mükafatlandırdı

29.12.2014 [12:51]

Fontu böyüt:      

“Azərfon” şirkəti (“Nar Mobile” ticarət markası) yerli xəbər portalı ilə birlikdə Azərbaycanda uşaq ədəbiyyatının inkişaf və təşviq etdirilməsi, eləcə də yeni nağıl qəhrəmanlarının yaradılması məqsədilə müasir uşaqların təxəyyülünə uyğun olan yeni müsabiqə elan edib.

“Azərfon” şirkəti (“Nar Mobile” ticarət markası) yerli xəbər portalı ilə birlikdə Azərbaycanda uşaq ədəbiyyatının inkişaf və təşviq etdirilməsi, eləcə də yeni nağıl qəhrəmanlarının yaradılması məqsədilə müasir uşaqların təxəyyülünə uyğun olan yeni müsabiqə elan edib.

“SS Production” şirkətinin tərəfdaşlığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə təşkil edilmiş müsabiqənin münsiflər heyətinə Azərbaycan Yazıçılar İttifaqı Uşaq ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev, uşaq yazıçıları - professor Zahid Xəlil, İlyas Tapdıq və Gülzar İbrahimova daxil ediliblər.

Münsiflərin qərarı ilə müsabiqənin qalibi adına “Divə qalib gəlmiş Elşən” nağılının müəllifi olan Elman İsayev layiq görülüb. İkinci yeri Vüqar Haqverdiyevin qələmə aldığı “İbişin nağılı” tutub. Nərgiz Süleymanovanın “Azər və qızılpapaq” nağılı isə üçüncü olub.   

Hər zaman elm, təhsil, mədəniyyət və ədəbiyyatın inkişafına dəstək verən “Nar Mobile“ bu son dərəcə əhəmiyyətli müsabiqənin də sponsorluğunu öz üzərinə götürüb. Mobil operator ilk yerin sahibini “iPhone 5S” ilə mükafatlandırıb, 2-ci və 3-cü yeri tutan qaliblərə isə müvafiq olaraq “iPad mini” (16 GB) və “Samsung” mini-tableti təqdim edilib. Ən çox oxucu simpatiyası qazanan nağıl da mobil operator tərəfindən xüsusi olaraq “Nar-modem” və 6 aylıq pulsuz internet paketi ilə təltif ediləcək.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru “Nar Mobile” 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq, müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli təkliflər təqdim etmiş və onların rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun fərqliliyi və sərfəliliyi ilə seçilən İnternet paketləri və abunəçilərin hər zona üzrə eyni qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.(APA)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar