21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Milli Kitabxanası elektron poçt vasitəsi ilə kitab sifarişi xidmətləri göstərməyə başlayıb.
APA-nın məlumatına görə bu xidmətdən istifadə etmək üçün sifarişçi kitabxanaya gəlməzdən öncə elektron poçt vasitəsi ilə ona lazım olan kitabı sifariş edir və kitabın kitabxananın fondundan mövcudluğu haqqında cavab alır.
Qeyd edək ki, sifarişlər kitabxanada qeydiyyatda olan oxuculardan qəbul edilir. Qeydiyyatdan keçmək üçün kitabxananın rəsmi saytında onlayn-qeydiyyat sistemi fəaliyyət göstərir və oxucular müvafiq anketi doldurub, 2 foto şəkil əlavə edərək kitabxananın elektron poçt ünvanına göndərməlidir.Bütün bu əməliyyatlar ABŞ-ın avtomatlaşdırılmış kitabxana-məlumat sistemi olan VTLS (Virginia Technical Library System) vasitəsi ilə həyata keçirilir.
Bu sistem Milli Kitabxana tərəfindən Soros Fondunun qrantı hesabına alınıb və quraşdırılıb. Layihə 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan kitabxanalarının inkişafı Proqramı çərçivəsində həyata keçirilir. Proqram elektron kataloq şəbəkəsinin yaradılması, Azərbaycan ədəbiyyatının virtual kitabxanasının formalaşdırılması, kitabxanalar üçün xüsusi binaların tikintisi, ölkənin tarixi irsinin uzun müddət saxlanılması üçün texnologiyaların və metodların tərtib edilməsi, kitabxanaların, nəşriyyatların və kütləvi informasiya vasitələrinin vahid məlumat mühitinin yaradılmasını nəzərdə tutur.