Fontu böyüt:
Online axtarış sistemləri içərisində güclülərin güclüsü olan GOOGLE-dən daha bir yenilik!!! Bu yaxınlarda GOOGLE öz istifadəçiləri vasitəsilə interaktiv reklam layihəsini həyata keçirməyə hazırlaşır.Nəzərə alsaq ki, bu şirkət hətta FACEBOOK-dakı hər hansı bir istifadəçinin neçə nəfər dostu olduğunu,onlar arsında mesajlaşmanın intensivliyini,habelə onların yerləşdirdikləri hər hansi şəkil və ya videonun neçə dəfə izlənmə səviyyəsini müşahidə edə bilir.Özünün bu üstünlüklərini nəzərə alan GOOGLE də bu potensial imkanlarını daha yaxşı dəyərləndirmək qərarına gəlib.yeni interaktiv reklam fikrinə əsasən GOOGLE oz istifadəçiləri arasında ən fəallarını seçərək onlara reklam paketləri ve linklər təqdim edəcək.Beləliklə həmin istifadəçi eyni zamanda həm də interaktiv reklam daşıyicisi rolunda çıxış edecek.Lakin qeyd edek ki,bu layiheye ümid edən GOOGLE 2006-ci ildə News Corporation\\\'a dünyanın ikinci böyük internet şəbəkəsi olan MYSPACE ilə 900 milyon dollarliq reklam layihəsi imzalamağ sözü vermiş,lakin işlər yolunda getmədiyindən bu layihə ertələnməli olmuşdur.
xeberler.az/Ellada Mustafayeva