“Aztelekom” İstehsalat Birliyi ilin sonuna kimi Azərbaycanın bütün kənd ATS-lərində fiber-optik kabel çəkilişini başa çatdıracaq. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat verib.

Hazırda səkkiz özəl şirkətlə bağlanmış müqavilələr əsasında ölkənin 16 rayonunun 108 kəndində 220 kilometrlik optik kabel çəkilir. Kabelin çəkilişinin martın ikinci ongünlüyündə başa çatdırılması planlaşdırılır. Daha sonra Şəki, Ağdam, Xızı, Şabran, Siyəzən və Zərdab rayonları kəndlərində optik kabel çəkilişi ilə bağlı işlər başlanılacaq.