İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Xalq kompüterinə” tələbat nəzərdə tutulmuş ilkin icra planını keçib

10.06.2009 [14:59]

Fontu böyüt:      


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcədə özəl şirkətlər tərəfindən Azərbaycanda həyata keçirilən “Xalq kompüteri” layihəsinin populyarlığı artır. Təhsil Nazirliyindən verilən məlumata görə, əgər layihənin ilkin mərhələlərində ona olan maraq bir qədər zəif  olmuşdursa, hazırda layihə böyük populyarlıq qazanıb.

 “Hazırda gün ərzində müəllimlər tərəfindən “Xalq kompüteri” layihəsi çərçivəsində kompüterlərin əldə olunmasına dair 50-yə qədər ərizə daxil olur. Və layihənin pilot mərhələsi üçün nəzərdə tutulmuş bütün kompüterlər artıq alınıb”, - deyə Təhsil Nazirliyində bildiriblər.

Pilot layihəsi çərçivəsində kompüterlər əsasən təhsil işçiləri üçün nəzərdə tutulur. İlkin mərhələdə 500, gələcək 2-3 ay ərzində isə 3000 kompüter nəzərdə tutulmuşdur. Bundan sonrakı 3 il ərzində layihə üçün 100 min kompüter ayrılacaq. Qeyd edək ki, pilot layihəsində artıq komplektləşdirilmiş kompüterlər təqdim olunur.

Gələcək mərhələlərdə kompüterlərin satışı Kür və Ultra kimi yerli kompüter istehsalçıları ilə birgə həyata keçiriləcək. Xatırladaq ki , “Xalq kompüteri” layihəsinin tərəfləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, HP və Microsoft şirkətinin Azərbaycandakı nümayəndəlikləridir.

Qeyd edək ki, layihəyə 10 aprel 2009-cu il tarixində start verilib. Pilot mərhələsi 4 ay ərzində reallaşdırılacaq. “Xalq kompüteri” çərçivəsində kompüterlərin bazar qiymətindən 25-40% aşağı qiymətlərlə güzəştli şərtlərlə 12 aylıq faizsiz kreditlə təqdim olunması nəzərdə tutulur. Kompüterlərin təchizatı ilə HP-nin yerli tərəfdaşı Bestcomp Group şirkəti məşğul olacaq.İlkin mərhələlərdə güzəştli şərtlərlə 4 növdə kompüter və noutbuk (5000 ədəd) təqdim olunacaq. Azərbaycan hökuməti və dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilən bu layihənin məqsədi əhalinin güzəştli şərtlərlə kompüterlərlə təmin olunması, yerli istehsalın genişləndirilməsi və kompüterlərin lisenziyalı proqramlarla təmin olunmasıdır. http://www.abc.az


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar