İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda gənc sahibkarlar və menecerlər üçün İT-treninqlər keçirilib

22.12.2008 [17:41]

Fontu böyüt:      

Bakıda informasiya texnologiyaları vasitəsilə sahibkarlıq sahəsi üzrə növbəti treninqlər başa çatıb.

Bakıda informasiya texnologiyaları vasitəsilə sahibkarlıq sahəsi üzrə növbəti treninqlər başa çatıb. Öz fəaliyyətlərinə yeni başlayan gənc sahibkar və menecerlərin iştirakı ilə təşkil olunan treninqlər “Junior Achievement Azerbaijan” qeyri-hökumət təşkilatı tərəfindən keçirilib.

Dinləyicilər biznesin təşkili və menecer vəzifəsi üçün zəruri olan və HP-nin “İnformasiya texnologiyaları vasitəsilə sahibkarlıq sahəsi üzrə treninqlər” - GET-İT (Graduate Entrepreneurship Training through IT) proqramı çərçivəsində işlənib hazırlanan İT-alətlərlə iş üzrə təcrübi biliklər alıblar.
Qeyd edək ki, HP-nin Tədris Mərkəzi peşəkar İT-hazırlığa ehtiyacı olan tədris ocaqların məzunlarını və işsiz gəncləri İT və biznesin aparılması sahələrində lazımi bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır.

Treninqlərdə iştirak etmək üçün həmçinin ölkənin müxtəlif regionlarından gənclər də cəlb olunacaqlar. «GET-IT» proqramının məqsədi həm cari əmək fəaliyyətində, həm də şəxsi biznesin açılıb inkişaf etdirilməsində istifadə oluna biləcək İT-sahəsinə aid təcrübi bilik və bacarıqların təmin edilməsindən ibarətdir.
Yaxın aylarda GET-İT proqramı təhsil və yeni iş yerlərinin açılması sahələrində artıq fəal iş aparan Avropa, Yaxın Şərq və Afrikanın (EMEA) 35 qeyri-kommersiya təşkilatlarının mövcud təhsil təşəbbüsləri ilə inteqrasiya olunacaq. GET-İT proqramının tədris kursları maliyyə, menecment, marketinq və texnologiyaların idarəsi kimi sahələrdə gündəmə çıxan biznes-məsələlərin həll edilməsi üçün hazır İT-həlləri təqdim edəcək.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar