Fontu böyüt:
14 - 16 noyabrda Bakıda Startup
Günləri keçiriləcək. Yüksək Texnologiyalar Parkında təşkil olunacaq Startup
Günləri Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilir.
Xeberler.az saytının məlumatına görə, Startup Günlərinin əsas məqsədi yeni
startupların yaradılmasına kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil
etmək, yeni formalaşmaqda olan startupçıları, startup komandalarını internet
bazarının spesifik xüsusiyyətləri ilə tanış etmək, startupçılar arasında əlaqələri
gücləndirməkdir.
Startup Günlərində yeni fəaliyyətə başlayan startupçılar üçün Təlimlərin
keçirilməsi, onların uğurlu startup Layihələrin rəhbərləri ilə görüşlərinin təşkili
və yeni ideyalar ətrafında startup komandalarını formalaşdırmaqla yeni startup
layihələrinin hazırlanması nəzərdə tutulur. Komandalar iştirakçılar və ekspertlərin
seçdiyi ideyalar ətrafında formalaşır. Startup Günlərində bu startup
komandalarının uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə İT və internet
biznes sahəsində tanınmış mütəxəssislərdən – “mentor”lardan ibarət ekspert
qrupları formalaşdırılacaq.
Startup Günlərində seçilmiş ideyalar ətrafında formalaşan startup
komandalarının hazırladığı layihələrin yarışmasınə peşəkar münsiflər heyəti qiymətləndirəcək.
Startup Günlərində internet biznesini qurmağı yenicə planlaşdıranlar, artıq
yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin
təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr,
developerlər, proqramçılar, dizaynerlər iştirak edə bilər. Bu məqsədlə www.startupdays.startup.az saytında
qeydiyyatdan keçmək lazımdır.
Startup Günləri çərçivəsində keçirilməsi nəzərdə tutulan müzakirələrdə dövlət və
özəl sektorun nümayəndələri, İT mütəxəssislər, uğurlu startup rəhbərləri,
texnoparkların təmsilçiləri iştirak edəcəklər. Tədbirlər müddətində uğurlu
startup təmsilçilərinin master-klasları və yeni fəaliyyətə başlayan
startupçılarla görüşləri də nəzərdə tutulub.
3 gün davam edəcək Startup Günlərində keçirilməsi nəzərdə tutulan tədbirlərin
ilkin versiyası müəyyən olunub.
Startup Günlərinə RYTN yanında İT-nin İnkişafına dəstək Dövlət Fondu,
Yüksək Texnologiyalar Parkı, Cybernet, İnfipro və XƏZƏR Vençur şirkətləri
dəstək veirir.
Qaliblərə və fərqlənənlərə təşkilatçıların, sponsorların partnyor şirkətlərin qiymətli hədiyyələri, diplomlar və sertifikatlar təqdim olunacaq.