İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda tələbələr üçün “Start Up” layihəsinə start verilir

27.05.2010 [09:19]

Fontu böyüt:      

İyun ayının 1-dən Azərbaycanda “Biliklər Mərkəzi” (Центр Знаний) şirkəti tərəfindən təşkil edilən “Start Up” layihəsinə start verilir. “Start Up” layihəsi təhsil almaq məqsədilə 10 min ABŞ dolları ekvivalentində qrantların alınması istiqamətində ali tədris müəssisələrinin texniki ixtisas üzrə təhsil alan tələbələri arasında keçirilən ilk müsabiqədir.

İyun ayının 1-dən Azərbaycanda “Biliklər Mərkəzi” (Центр Знаний) şirkəti tərəfindən təşkil edilən və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Təhsil Nazirliyi tərəfindən dəstəklənən “Start Up” layihəsinə start verilir.

 “Start Up” layihəsi təhsil almaq məqsədilə 10 min ABŞ dolları ekvivalentində qrantların alınması istiqamətində ali tədris müəssisələrinin texniki ixtisas üzrə təhsil alan tələbələri arasında keçirilən ilk müsabiqədir.

Müsabiqənin məqsədi Azərbaycanın ali tədris müəssisələrinin yuxarı kurs tələbələrini peşəkar dar profilli təhsillə, eləcə də əmək fəaliyyətindən əvvəl ilk ciddi əməli təcrübə ilə təmin etməkdən ibarətdir.
Bu il müsabiqə Cisco şirkətinin sertifikatlaşdırılmış məhsul xətlərindən biri üzrə aşağıda qeyd olunan dörd istiqamət üzrə keçiriləcək:
 
CCNP (Cisco Certified Network Professional)
CCVP (Cisco Certified Voice Professional)
CCSP (Cisco Certified Security Professional)
CCIP (Cisco Certified Internetwork Professional)
 
Müsabiqədə texniki ixtisasların 20-23 yaşında sonuncu kurs tələbələri iştirak edə bilər. Üç mərhələ üzrə keçiriləcək müsabiqənin birinci mərhələsində iştirakçılar layihənin saytında (www.startup-az.com) yerləşdirilmiş anketi doldurmalıdır. Onların yalnız 30 faizi ikinci tura vəsiqə qazana biləcək. İkinci mərhələdə isə onlayn-test aparılacaq. Final mərhələsində münsiflər heyəti ilə müsahibədən sonra 4 qalib müəyyən ediləcək. Qalanları isə “Biliklər Mərkəzində” təhsil almaq üçün 50 faizlik güzəşt əldə edəcəklər.
 
Anketlər iyunun 1-dən iyulun 15-dək doldurulmalıdır. Test isə iyulun 10-dan avqustun 11-dək keçiriləcək. Münsiflər heyəti ilə müsahibə 31 avqust 2010-cu il tarixinə müəyyənləşdirilib.
Müsabiqənin yekunları 1 sentyabr 2010-cu il tarixində elan olunacaq.
 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar