İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“İnformasiya-kommunikasiya texnologiyaları ili” ilə bağlı tədbirlər planı hazırlanır

21.01.2013 [22:59]

Fontu böyüt:      

2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər planının hazırlanması məqsədilə Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə İşçi Qrupu yaradılıb.
2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi, Tədbirlər planının hazırlanması məqsədilə Rabitə və informasiya texnologiyaları nazirinin əmri ilə İşçi Qrupu yaradılıb.

İşçi Qrupuna RİTN, Naxçıvan Muxtar Respublikası RİT Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası,  Təhsil Nazirliyi , Azərbaycan İnternet Forumu , biznes sektoru və vətəndaş cəmiyyəti nümayəndələri daxil edilib.

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində İşçi Qrupun ilk iclası keçirilib. İclasda nazir Əli Abbasov dövlət başçısının 2013-cü ili İKT ili elan edilməsi barədə qəbul etdiyi qərarı yüksək qiymətləndirmiş və bu sahənin daha da inkişafına güclü təkan verəcəyini qeyd etmiş və Tədbirlər Planına salınacaq tədbirlər üzrə prioritet məsələlər barədə fikirlərini bölüşüb.

Qarşıdakı fəaliyyətdə hökumət, vətəndaş cəmiyyəti və özəl sektorla əməkdaşlıq modelinin tətbiqinin vacib olduğunu qeyd etdi.

Daha sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birinci vitse-prezidenti Arif Həşimov sərəncamın icrası ilə əlaqədar AMEA-da ilkin müzakirələrin keçirildiyini və "Tədbirlər Planı"nın hazırlanmasında AMEA-nın fəal iştirak edəcəyini bildirmişdir.
Toplantıda Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, AMEA İTİ-nin direktoru Rasim Əliquliyev,  Nazir müavinləri İltimas Məmmədov və Elmir Vəlizadə və digərləri çıxış ediblər.
Çıxış edənlər  İKT ili ərzində görülməli işlər barədə ilkin fikir mübadiləsi aparılmışdır.

Təkliflərin 30.01.2013-cü il tarixinədək RİTN-ə təqdim edilməsi və Tədbirlər planının layihəsinin 05.02.2013-cü ilədək hazırlanması nəzərdə tutulur. 
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar