İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda IKT-nin gəncliyin inkişafında roluna dair beynəlxalq konfrans keçiriləcək

30.10.2009 [19:09]

Fontu böyüt:      

Bakıda “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Cari ilin 2-3 noyabr tarixlərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) təşkilatçılığı ilə Bakıda “Rəqəmsal texnologiyalar dövrü və yeni nəsil: İKT sahəsində gənclərin biliklərinin artırılması” (“Digital Age and New Generation: Strengthening Capabilities and Capacities of Youth in ICT”) mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə dövlət qurumları, İslam Konfransı Təşkilatı, Avropa ölkələrindən yüzə yaxın gənc ekspert, o cümlədən İKT sahəsində ixtisaslaşmış aparıcı şirkət, elmi institut və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı gözlənilir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi veb resursunun yaydığı məlumata əsasən,Avropada İKT sahəsində əldə edilmiş təcrübənin İslam Konfransı Təşkilatı ölkələrində fəaliyyət göstərən gənc iş adamlarına ötürülməsi baxımından yeni yaranan bir prosesin təməlini qoymuş olacaq konfransda, yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu müzakirə olunacaq. İştirakçılar tərəfindən əsasən gənc insanların informasiya-kommunikasiya sektorunun formalaşmasına dair yaradıcı yanaşmalarının müzakirə ediləcəyi, onlayn gənc sahibkarlıq və marketinq mövzusunda məruzələrin dinləniləcəyi nəzərdə tutulur.
Bundan əlavə tədbir iştirakçıları İKT sahəsinin formalaşmasında dövlət və özəl sektorun, eləcə də universitetlərin fəaliyyəti barədə fikir mübadiləsi aparacaqlar.

Konfransın beynəlxalq kampaniyaların həyata keçirilməsində informasiya və kommunikasiya texnologiyalarının rolu ilə bağlı keçirilən plenar iclaslarının birində bu ilin fevral ayında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” kampaniyasının təqdimatı olacaq. Bu iclasda dünyanın 20-dən çox ölkəsindən gələcək kampaniya üzrə milli koordinatorların iştirakı gözlənilir.  

Həmçinin konfrans gənc iş adamlarına kompüter texnologiyaları sahəsində gələcəkdə birgə layihələrin həyata keçirilməsi üzrə tərəfdaş və investorların tapılması üçün imkanlar yaradacaq. İrəli sürülən layihələr 4 noyabrda keçiriləcək beynəlxalq illik Bakutel sərgisində təqdim olunacaq. Ekspertlərdən ibarət komissiya tərəfindən seçilən bəzi layihələr isə konfransın nəticələri kimi maliyyə dəstəyi alınması üçün investorlara təqdim olunacaq.

Bundan əlavə tədbirdə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Avropa və Yaxın Şərq ölkələri gəncləri arasında sivilizasiyaların dialoqu üzrə proqramını yayımlanmasını nəzərdə tutan “Körpü” internet-televiziyasının birgə təqdimatı keçiriləcək.

3 noyabrda tədbir iştirakçılarının qəbul edəcəyi “İKT sahəsində gəncliyin inkişafı” üzrə Bakı Proqramı gənclərin tövsiyə xarakterli sənəd kimi Qara Dəniz Hövzəsi Ölkələri və İslam Konfransı Təşkilatı ölkələri nazirlərinin iştirak edəcəyi konfransa göndəriləcək.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar