Fontu böyüt:
İnternet Explorer-in Avropadakı bazar payı ilk dəfə bu qədər düşdü. Bu zamanda rəqiblər nə vəziyyətdədi?
Dörd böyük internet brauzeri arasındakı rəqabət bütün sürəti ilə davam edir.
Fransız bir araşdırma şirkətinin nəşr etdiyi araşdırmalara görə İnternet Explorer, Avropada ciddi bir enməyə məruz qaldı. IE, tarixində ilk dəfə rəqabət (bazar) payında 60% gerilədi. İlk siqnalları avqust ayında gələn bu eniş oktyabr və noyabr aylarında 59,5% olaraq təsdiqləndi.
Bu sırada Firefox-un da Avropadakı vəziyyəti əvvəlki qədər yaxşı deyil. Avqust ayında 33%-lik bazar payına sahib olan Mozilla-nın brauzeri noyabr ayını 31,1% ilə bağladı. Bunda Google Chrome-nin payı olduğu qədər, Avropanın tək brauzeri olan norveçli Opera-nın da təsiri var. Ölçmələrə görə, Chrome Avropada yalnız 1,1%-lik paya sahibkən Opera-nın 5,5%-lik nisbəti İE-nin çox geridə qalmasına maneə oldu.
Lakin amerikalılar IE-i dəyişdirmək mövzusunda avropalılar qədər həvəsli görünmürlər. Son ölçmələr ABŞ-da IE-in hələ də 70%-lik bazar payı ilə internet brauzerləri arasında seçimdə birinci olduğu göstərilir.
mənbə: chip.com.tr