Fontu böyüt:
Netflix onlayn video servisinin rəhbəri Rid Qastinqs “The Hollywood Reporter” portalına müsahibəsində ənənəvi televiziya formatının yaxın 16 ildə yox olacağını bildirib.
Onun fikrinə görə, istifadəçilərin
istəyinə uyğun film, serial, veriliş təqdim edən pullu rəqəmli xidmətlər
2030-cu ilə kimi ənənəvi televiziyanı sıradan çıxaracaq: “Ənənəvi televiziya
ata bənzəyir. Avtomobil olmayan dövrdə at əvəzolunmaz idi”.
Xeberler.az bildirir ki, Netflix
servisinin rəhbəri hələ 2013-cü ildə rəqəmli xidmətlərin ənənəvi televiziyanı
bazardan sıxışdıracağını bildirmişdi. Netflix servisinin dünyada 54 milyon
istifadəçisi var. Xidməti ABŞ-da təklif edən servis artıq 6 Avropa ölkəsini də əhatə
edir.