Fontu böyüt:
Leypsiq universitetinin alimləri müəyyənləşdiriblər ki, insanların xasiyyəti haqqında onların elektron ünvanlarına baxıb mühakimə yürütmək olar. Etdikləri tədqiqatlar onların gəldiyi qənaətin doğru olduğunu göstərir.
Tədqiqatçılar 600 e-mail ünvanı seçib onların sahiblərinə kiçik anket suallarını cavablandırmağı xahiş ediblər. Sonra həmin elektron ünvanları 100 tələbəyə verərək onları xasiyyət baxımından qiymətləndirməyi tapşırıblar.
Məlum olub ki, “balaca” (little), “şirin” (sweet), və ya “uşaq” (baby) kimi “siçan” (mouse) və ya “dovşan” (bunny) ilə uyğunluq təşkil edən sözlərdən istifadə edən insanları tələbələr cəlbedici, digər tərəfdən də əsəbi insanlar hesab edirlər. “Kral” (king), və ya “ən yaxşı” (the best) sözlərindən istifadə edənlər isə özünə vurğun insanlar kimi qeydə alınıb.
Xasiyyəti müəyyən edən anket nəticələri də tələbələrin gəldiyi nəticələr ilə demək olar ki, üst-üstə düşüb.
Xasiyyətlər arasında daha çox səmimilik müəyyən olunub. Lakin tədqiqatçılar hesab edirdilər ki, təhlil edilənlər içərisində fəal, həyatsevən insanlar üstünlük təşkil edəcək.
Təcrübəni aparanlardan biri qeyd edib ki, nəticələr onu çox təəccübləndirib.
Alimlərin fikrincə, hətta neytral sözlərdən belə istifadə edənlər öz xasiyyətləri barədə nədənsə xəbər verirlər.