Fontu böyüt:
Samsung Electronics" və "Corning" ("Gorilla Glass" şüşə istehsalçısı) şirkətləri məhsul tədarükünə dair onillik saziş imzalayıb. İmzalanan sənəd "Samsung Corning Precision Materials" birgə müəssisəsinin (bu sazişin dəyəri 1,9 milyard dollar qiymətləndirilir) idarəçiliyinin "Corning" şirkətinə keçməsini və "Samsung"un şüşə istehsalçısına daha 400 milyon dolların yatırılmasını nəzərdə tutur.
"Corning" şirkətinin baş direktoru Vendell Viksin bildirdiyinə görə, "Samsung" nümayəndələrinin fikrincə, "Corning"in sahib olduğu texnologiyalar gələcəkdə məişət elektronikasının istehsalı üçün daha böyük əhəmiyyət kəsb edəcək. Qeyd edək ki, "Gorilla Glass" şüşəsi smartfon, planşet və notbuk ekranlarının cızılmalardan qorunması üçün istifadə olunur. (ictnews.az)