21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Noyabrın 7-də Bakıda “Beynəlxalq Təhsil Sərgisi- 2009”un açılışı olacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sərgiyə qatılan hər bir gənc bir sıra nüfuzlu xarici universitetlər haqda məlumat toplamaqla yanaşı, yerli universitetlərlə əməkdaşlıq əlaqələri də qura biləcək.
Sərgidə Glasgow Universiteti (Böyük Britaniya), East Anglia Universiteti (Böyük Britaniya), Glion Ali Təhsil İnstitutu (İsveçrə), INTO (Böyük Britaniya), Study Group (Böyük Britaniya), Kendall College (ABŞ) kimi nüfuzlu universitetlər və təhsil müəssisələri iştirak edəcəklər. Sərgi iştirakçıları iştirakçı universitetlər haqda ümumi məlumatla tanış olmaq, universitetlərə müraciət formaları və müddətləri, ərizələrin doldurulması qaydaları, müxtəlif pillələr üzrə təhsil formaları, bakalavr, magistr proqramları, eləcə də dil kursları haqda geniş məlumat almaq imkanı qazanacaqlar.
Qeyd edək ki, sərgi Kaspi Təhsil Mərkəzi tərəfindən keçirilir.