21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Kaliforniya Universitetinin yeni şəbəkə texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan mütəxəssisləri yaxın zamanda 0,05 mm. qalınlıqlı cəmi bir optik kabel vasitəsilə uzaq məsafələrə irihəcmli məlumatlar göndərmək imkanına malik yeni şəbəkə texnologiyasının xüsusiyyətlərindən danışıblar.
Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, universitetin nəzdində yaradılmış “Terabit Optical Ethernet Center” (TOEC) tədqiqat mərkəzində mövcud məlumat ötürmə şəbəkələrindən 1000 dəfə daha sürətli, yeni nəsil Ethernet-şəbəkələri üçün texnologiyaların işlənib hazırlanması həyata keçirilir.
Mühəndislərin sözlərinə görə, artıq 2015-ci ilə kimi bir kabel vasitəsilə saniyədə 1 trilyon bit və ya 1 terabit həcmində məlumat ötürmək qabiliyyətli texnologiya yaradılacaq. 2020-ci ilə kimi isə bu sürət göstəricisini 100 dəfə artıraraq saniyədə 100 terabitə çatdırılması planlaşdırılır.
Universitetdə qeyd edirlər ki, onların işləmələri ilə artıq “Google”, “Verizon”, “Intel”, “Agilent Technologies” və “Rockwell” kimi iri şirkətlər maraqlanıb və tədqiqatların maliyyələşdirilməsinə hazır olduqlarını bildiriblər. TOEC laboratoriyasının direktoru və Kaliforniya Universitetinin kompüter mühəndisliyi üzrə professoru Deniyel Blümental deyib ki, internet-trafik sürətlə artmaqda davam edir: “Çünki müxtəlif istifadəçi qrupları, o cümlədən korporativ istifadəçilər getdikcə daha iri həcmli məlumatlar göndərir, Şəbəkədə canlı video və HD-yazılar yerləşdirir. Bizim proqnozlarımıza əsasən, yaxın gələcəkdə milyonlarla insan evdə oturaraq eyni zamanda yüzlərlə terabayt informasiya ötürəcək və qəbul edəcək. Müasir və olduqca yüklənmiş data-mərkəzlərin enerji sərfiyyatı kiçik şəhərlərin enerji sərfiyyatı ilə eynidir. Yeni nəsil Ethernet texnologiyalarına isə daha çox sürət tələb olunacaq. Bizim məqsədimiz isə ondan ibarətdir ki, eyni zamanda, enerji sərfiyyatını təyin olunmuş səviyyədə saxlamaq, eləcə də işin sürətini artırmaq imkanına malik enerjiyə qənaət edən şəbəkə texnologiyaları yaratmaqdır”.
O, buna nail olmaq üçün 100-terabitlik Ethernet-şəbəkələri sahəsində mühəndislər şəbəkə arxitekturasında bir sıra fundamental dəyişikliklər edəcəyini bildirir. Dəyişikliklər nəinki texnologiyanın nüvəsinə, ümumiyyətlə, iş prinsipinə aid ediləcək.