Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində Yüksək Texnologiyalar Parkında Startup Bakı Toplantısı keçirilib.
Startupçıların, İT ekspertlər və mütəxəssislərin, proqramçılar, developerlər və dizaynerlərin , İnternet biznesinə maraq göstərənləin iştirak etdiyi Görüşdə
Bu gün Startup Azərbaycan layihəsi çərçivəsində Yüksək Texnologiyalar Parkında Startup Bakı Toplantısı keçirilib.
Startupçıların, İT ekspertlər və mütəxəssislərin, proqramçılar, developerlər və dizaynerlərin , İnternet biznesinə maraq göstərənləin iştirak etdiyi Görüşdə RYT Nazirliyi yanında İT-nin inkişafına dəstək Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov və Fondun əməkdaşı Anar Cəfərov, YT Parkın direktoru Seymur Ağayev və Startup Azərbaycan Komandasının üzvləri iştitak edirblər.
Startup Azərbaycan Təşkilat Komitəsinin üzvü, AİF-in prezidenti Osman Gündüz tədbiri açaraq toplantının məqsədi, ölkədə İnternet biznesin vəziyyəti, Startup Azərbaycan Layihəsi, Startup Müsabiqəsi haqqında geniş məlumat verib.
Görüşdə İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Fondun əməkdaşı Anar Cəfərov, YT Parkın direktoru Seymur Ağayev çıxış edərək startuplar üçün yaradılan şərait, mövcud resurslar və élan olunan Qrant müsabiqəsi haqqında ətraflı məlumat veriblər.
Toplantıda artıq fəaliyyətdə olan startup sahibləri və ekspertlər Elşad Yusifli, Fərid Kazımov və Orxan Əhmədov çıxış edərək startupların uğur əldə etməsi üçün zəruri olan addımlardan, beynəlxalq və yerli startup trendlərindən söz açıbıar.
Sonra Dövlət Fondunun, YT Parkın və Startup Azərbaycan Komandasının üzvləri iştirakçıların çoxsaylı suallarını cavablandırıblar. Görüş maraqlı diskussiya şəraitində davam edib.
Startup Azərbaycan TK bildirir ki, bu formatda görüşlərin 29 aprel tarixdə XƏZƏR Universitetində və 02 may tarixdə ADA Universitetlərində və növbəti mərhələdə regionlarda keçirilməsi nəzərdə tutulub.
Həmçinin növbəti ayda ənənəvi “Startup Azərbaycan 2014“ Milli Konfransının keçirilməsi nəzərdə tutulub.
Startup Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə İnternet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Startup Azərbaycan Təşkilat Komitəsi bir daha bildirir ki, hazırda milli startupların Müsabiqəsi də artıq elan edilib və www.startup.az saytında qeydiyyat davam edir.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.
Tədbirdən hazırlanan fotolar :
https://www.facebook.com/media/set/?set=a.717869781605689.1073741853.486851951374141&type=1Geniş məlumat : www.startup.az