21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Intel şirkəti noyabr ayının 17-də Core i7 prosessorlarını satışa çıxarmaq niyyətindədir. Yeni nəsil Nehalem mikroarxitekturası bazasında yığılmış bu cür çiplər ilk dəfə cari ilin avqust ayında IDF konfransında təqdim olunmuşdur. Core i7 ailəsindən satışa çıxarılacaq ilk prosessorlar dörd nüvəli Core i7 920, Core i7 940 və Core i7 965 Extreme Edition çipləri olacaq. Onların qiyməti müvafiq olaraq 1000 ədədlik partiya alındıqda bir çipə görə 284, 562 və 999 ABŞ dolları təşkil edir.
Core i7 920 prosessoru 2,66 qiqahers tezliyində işləyir. Core i7 940 və Core i7 965 Extreme Edition-u takt tezlikləri isə müvafiq olaraq, 2,93 və 3,2 qiqahersə bərabərdir. Bütün çiplər 45-nanometr texnoloji proses üzrə hazırlanıb, Lenta yazır.
Nehalem arxitekturalı prosessorun tərkib hissəsini yaddaş kontrolleri təşkil edir ki, bunun nəticəsində çipin operativ yaddaş modulları ilə iş sürətini artırmaq mümkün olub və xarici şinə ehtiyac qalmayıb.
Mənbə: mincom.gov.az