Fontu böyüt:
Bu ilin sonuna kimi ATƏT-in Bakı ofisinin İnternet saytının yenilənməsi gözlənilir. Bu barədə ATƏT-in Bakı ofisinin informasiya şöbəsinin müdiri Rəşad Hüseynov məlumat verib. O bildirib ki, yenilənmiş variantda materiallar təkcə ingiliscə yox, Azərbaycan dilində də təqdim olunacaq.
Bununla yanaşı, saytda ATƏT-in Bakı ofisinin keçirdiyi tədbirlərin videolarının da nümayiş olunacağı ehtimalı var.