Fontu böyüt:
Bu il noyabr ayının 7-də Azərbaycannın Milli Məclisinə seçkilərlə bağlı seçki dairə və məntəqələrinin dayanıqlı və keyfiyyətli rabitə xidmətləri ilə təmin olunması məqsədilə «Aztelekom» İstehsalat Birliyi və Bakı Telefon Rabitə İstehsalat Birliyi (BTRİB) tərəfindən bir sıra tədbirlər həyata keçirilib.
Rabitə və İnformasiya Texnologiyları Nazirliyindən verilən məlumata görə, BTRİB tərəfindən Bakı şəhəri üzrə mövcud olan 29 daimi və 9 qaçqın və məcburi köçkün rayonları üzrə Dairə Seçki Komissiyalarının (DSK) inzibati binaları, bu dairələr üzrə mövcud olan 1 044 seçki məntəqəsindən BTRİB-in xidmət göstərdiyi 997 ədəd seçki məntəqəsi telefonlaşdırlıb və DSK üzrə 189 ədəd seçki məntəqəsində «web-camera»lar quraşdırlıb: «Dairə və seçki məntəqələrinə mövcud olan rabitə vasitələri vaxtaşırı yoxlanılır.
Həmçinin, «Aztelekom» İB tərəfindən bütün seçki məntəqələrində dayanıqlı rabitə təşkil edilib, o cümlədən seçki kampaniyası dövründə 152 seçki məntəqəsi CDMA simsiz telefon şəbəkəsinin telefonları ilə telefonlaşdırılıb». Hazırda 37 rayonda 42 seçki dairəsinə daxil olan 285 seçki məntəqəsində «web-camera»lar quraşdırılıb və bu məntəqələrdə seçki prosesinin «online» rejimində izlənməsi təşkil olunub.
Qeyd edək ki, parlament seçkiləri ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ekstremal iş rejiminə keçib.