Fontu böyüt:
Ictimai şəbəkələrin insanlar arasında geniş yayılması müəyyən dəyişikliklərə də səbəb olur. İndi qonşu ilə söhbətdən çox Facebook-da yazışmaq üstünlük təşkil edir. Facebook kimi ictimai şəbəkələrə ilk girdiyində fotoşəkil belə qoymağa çəkinən insanlar bir müddət sonra özləri haqqında nə varsa yazmağa, paylaşmağa başlayır.
Röyter agentliyinin verdiyi xəbərə görə, hər şeyi Facebook-da yazmaq bəzilərinə baha başa gəlir. Facebook-da yazdıqları ucbatından işdən qovulanlar az deyil. Bu hadisələrdən biri də yaxınlarda olub. İşə götürülən, ictimai işdə fəal olan bir mütəxəssis müdirin otağında Facebook hesabındakı mesajları gördüyündə çaşıb qalır. Qaz problemi, çəkilən dişlər, ölü itlər, yetkin sızanağı, boşanma, ağıl xəstəliyi ilə mübarizə və spirt problemləriylə əlaqədar mesajlar işçinin imicini korlayıb. Nəticədə işə yenicə qəbul olunmuş mütəxəssis işdən qovulub.
Artıq insanlar bir-biriləri haqqında olan məlumatları ictimai şəbəkələrdən əldə edə bilirlər. İş o səviyyəyə çatıb ki, təzə işçilərin də facebook hesabları dəyərləndirilir.