İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“ROSNANO”-nun Azərbaycanla tərəfdaşlığı

25.12.2008 [15:01]

Fontu böyüt:      

Trend Capital-ın Rusiyanın “ROSNANO” Korporasiyasının Baş direktor müavini, İdarə Heyətinin üzvü Aleksandr Losyukovla müsahibəsi

Trend Capital-ın  Rusiyanın “ROSNANO” Korporasiyasının Baş direktor müavini, İdarə Heyətinin üzvü Aleksandr Losyukovla müsahibəsi
 
- Rusiyanın Nanotexnologiyalar Korporasiyası artıq bir ildir ki, mövcuddur. Bu dövrdə nə etmək mümkün olub? Nəyi yerinə yetirmək alınmayıb?
 
- Sıfırdan yaradılan Korporasiya ikinci ilə qədəm qoyub. Mən Korporasiyanın təşəkkülünün əvvəlində iştirak etməmişəm, bir neçə aydan sonra buraya gəlmişəm. Lakin indi, demək olar ki, çox şey edilib: Korporasiyanın infrastrukturu yaradılıb, işləməli olduğu istiqamətlər hazırlanıb, məqsəd və vəzifələr müəyyən edilib. Hazırlıq işini başa çatdıraraq, demək olar ki, praktiki işə başlamışıq.
Aprelin əvvəlindən maliyyələşdirmə üçün ərizələrin rəsmi qəbulu başlayıb. İndiyədək “ROSNANO”nun Müşahidə Şurası altı layihəni təsdiqləyib, iki layihə üzrə maliyyələşdirmə aparılır. Bununla əlaqədar, ilin yekunlarından razı qaldığımı birmənalı olaraq söyləmək çətindir.
Çox və sürətlə işləmək, tərəfdaşlarımızın dairəsini genişləndirmək lazımdır. Axı qarşımızda kifayət dərəcədə ambisiyalı vəzifə qoyulub – 2015-ci ilə Rusiya dünya nanoistehsal bazarının üç faizini tutmalıdır. Korporasiyamızın məqsədi – innovasiyalı inkişaf institutlarının, yəni Rusiyada innovasiya mühitinin yaradılmasına dəstək göstərməkdir.
 
- Bu sahənin Rusiyada və ümumilikdə dünyada perspektivlərini necə görürsünüz?
 
- Çox güman ki, ümumidən xüsusiyə başlayacağam. Ümumilikdə dünyada nanotexnologiyaların inkişaf perspektivləri böyükdür. Bu gün elmi-sənaye baxımından irəlidə  olan ölkələrin hamısı nanotexnologiyalardan istifadə etməklə məhsul istehsalı ilə məşğul olurlar. Bizə dünya iqtisadiyyatının liderləri sırasına aid edilməyən, , bir qayda olaraq, öz diqqəti bir, iki, üç sahədə cəmləşdirən bir sıra başqa ölkələr də məlumdur.
Məsələn, İsrail – kiçik, praktiki olaraq böyük təbii ehtiyatları olmayan ölkə nanotexnologiyalar baxımından liderlərdən biri olmağı bacarıb. Buna görə də, İsraili ən vacib tərəfdaşlarımızdan biri kimi nəzərdən keçiririk.
Rusiyaya gəldikdə isə, demək lazımdır ki, SSRİ dövründə bizim çox yaxşı elmi bazamız olub. Son illərdə  xeyli alim xaricə gedib və orada  uğurla çalışır. İndi xaricdə yaşayan həmvətənlərimiz də bizim potensial tərəfdaşlarımızdır. Biz bu insanlarla münasibət saxlayırıq və onlarla konkret qarşılıqlı faydalı layihələr barədə danışmağa hazırıq.
Beynəlxalq əməkdaşlıq işimizdə mühüm rol oynayır. Mən bu istiqamətə rəhbərlik etdiyim üçün deyil, obyektiv qəbul edilmiş fakt olmasına görə bu barədə danışıram. İş ondadır ki, beynəlxalq əməkdaşlığı inkişaf etdirməyərək, elm, texnika, texnologiyalar və eləcə də nanotexnologiyalarda irəli getmək olmaz. Buradan nəticə çıxır ki, biz beynəlxalq əməkdaşlığın lehinəyik və o cümlədən də Azərbaycanla.
 
- Rusnanotech - 2008 birinci beynəlxalq forumunun yekunlarını necə qiymətləndirirsiniz?
 
- Çox güman ki, korporasiyanın tərəfdaşları və forumun işində iştirak edən 33 ölkə nümayəndəsinin səsləndirdiyi rəylərdən başlayacağam. Dünən foruma baş çəkən və ona xeyli maraq göstərən Tayvanın nümayəndələri ilə görüşdüm. Onların rəyinə görə, Rosnanotech-2008 il ərzində müxtəlif ölkələrdə keçirilən forumlar arasında daha geniş miqyaslı forum olub.
Belələri isə, əgər yüzlərlə  olmasa da, onlarladır.
Geniş auditoriya Moskva forumuna böyük maraq göstərdi: doqquz mindən çox iştirakçı və ziyarətçi kifayət qədər çoxdur. Məruzəçilər arasında görkəmli alimlər, iş adamları və bir sıra dövlətlərin rəsmi nümayəndələri var idi. Sözsüz ki, böyük uğurdur; Rusiyada belə forum ilk dəfə, keçirilirdi. Biz onu hər il keçirmək və nanotexnologiyaların inkişafı məsələlərinin müzakirəsi üçün qlobal meydana çevirmək istəyirik. İlk təcrübəmiz göstərir ki, Rusiyaya, Rusiya elminə maraq var; Korporasiyaın Rusiyada nanotexnologiyaların yeridilməsi və nanoistehsalın inkişafında mühüm rol oynamasına dair fikir mövcuddur; əcnəbi tərəfdaşlarımız və Rusiyanın elmi kollektivlərinin Korporasiya ilə işləmək istəyi var. Və bu yekunlar bizi çox sevindirir.
 
- Korporasiyanın MDB ölkələri ilə qarşılıqlı əlaqələri barədə nə deyə bilərsiniz?
 
- Birlik dövlətləri ilə əməkdaşlıq bizim üçün prioritet istiqamətlərdən biridir. İndiyədək MDB ölkələri ilə iş üzrə, Qazaxıstanla əməkdaşlığın kifayət qədər uğurlu nümunələrini misal gətirə bilərəm. Müvafiq elmi - texnoloji işləmələri maliyyələşdirəcək xüsusi Rusiya-Qazaxıstan Fondu yaradılıb. Bunlar iki ölkə prezidentlərinin təşəbbüsü və yardımı ilə həyata keçirilir.
Belarus, Ermənistanla əməkdaşlıq üzrə müəyyən perspektivlər mövcuddur; müzakirə edilən və realizəsi mümkün olan bir neçə layihə var. Azərbaycanda da bu mövzuya marağa və mümkün əməkdaşlıq məsələlərinin müzakirəsinə hazırlığa ümid edirik. Bəzi ölkələrlə çərçivə sazişlər imzalanıb və bu sazişlər əsasında işləyirik. Digərləri ilə konkret layihələri müzakirə edir və artıq hansısa saziş və ya müqavilələrin imzalanmasına gedirik. Azərbaycandakı tərəfdaşlarımızda belə maraq  varsa, gəlin bu mövzunu müzakirə edək.
 
- “ROSNANO”nun ümumi strategiyası nədən ibarətdir və Korporasiya 2009- cu ildə hansı irimiqyaslı layihələri həyata keçirməyi planlaşdırır?
 
- İlk növbədə deməliyəm ki, Rusiya rəhbərliyi bu sahənin inkişafına böyük maraq göstərir. RF hökuməti nanosənaye məhsullarının kommersiyalaşdırılması üçün Korporasiyaya beş milyard dollara yaxın vəsait ayırıb. “ROSNANO”  yüksək risklər, bazar və texnoloji qeyri-müəyyənliyə görə özəl kapitalın cəlb edilməsi imkanı məhdud olduqda nanotexnologiyalar sahəsinə rəqabət qabiliyyətli məhsulun yaradılmasını təmin edən və kommersiyalaşdırma mərhələsində olan layihələri maliyyələşdirir. Özəl biznesin biz olmadan keçinə biləcəyini anladıqda, bu biznesə daxil olmağa can atmırıq.
Biz həmişə yalnız özəl kapitalla həmsərmayədar qismində, minoritar payda çıxış edirik və özəl kapital layihəni müstəqil aparmaq bacarığını nümayiş etdirdikdə, layihədən çıxırıq. Layihələrin ilkin mərhələlərində “ROSNANO”nun maliyyə iştirakı onun tərəfdaşları – özəl sərmayədarların risklərini azaldır. Beləliklə, özəl şirkət yüksək daxilolma baryerli layihələri həyata keçirmək və bununla da xeyli rəqabətli üstünlük qazanmaq imkanı əldə edir. Biz öz payımızın dəyərinin maksimallaşdırılmasını qarşıya məqsəd qoymuruq.
Prioritetimizdə dövriyyəsi yüz milyonlarla rubl təşkil edə bilən böyük layihələr dayanır. Lakin biz həm də kiçik layihələrdə işləyə bilərik. Dünya təcrübəsi göstərir ki, bəzən kiçik layihələrdən çox maraqlı və sonradan dünyada məşhur olan böyük istehsallar çıxır. “ROSNANO”nun sərmayə strategiyası müəyyən meyarlara cavab verməli olan layihələrin diqqətli seçimini nəzərdə tutur. Korporasiyanı, ilk növbədə, nanotexnoloji məhsulların istehsalını və yatırılmış vəsaitlərin qaytarılmasını nəzərdə tutan sərmayə layihələri maraqlandırır.
Layihə mərhələdə nəzərdən keçirilir. Birinci - bir aydan çox vaxt aparmayan “giriş” ekspertizası mərhələsidir. Bu mərhələdə verilmiş ərizənin layihə sənədləri paketinin tərkibi və məzmununa formal uyğunluğu yoxlanılır. Layihə bütün zəruri tələblərə cavab verirsə, o, elmi-texniki ekspertiza mərhələsinə keçir. Bu mərhələdə layihənin məzmununun nanotexnologiyalar sahəsinə uyğunluğu müəyyən olunur. Elmi-texniki əsaslandırmanın hazırlanmasının keyfiyyətindən asılı olaraq, bu mərhələ 30-60 təqvim gününə başa gələ bilər.
Eyni zamanda, Korporasiyanın sərmayə menecerləri layihənin biznes-planını öyrənir və zərurət yarandıqda, onun tamamlanmasına kömək edirlər. Elmi ekspertlərin müsbət rəyi alınarsa, tam sərmayə ekspertizası aparılır, təfərrüatlı biznes-plan hazırlanır və həmsərmayədarlarla danışıqlar aparılır. Sonradan layihə Korporasiyanın İdarə Heyətinin,  daha sonra Müşahidə Şurasının müzakirəsinə daxil olur. Burada maliyyələşdirmənin təqdim edilməsi barədə yekun qərar qəbul olunur. Layihənin təsdiqlənməsi bir aydan iki ayadək vaxt apara bilər. Layihə rədd edilərsə, ərizəçi səbəblərin ətraflı əsaslandırılmasını alır və onun layihəni mükəmməlləşdirmək və yeni ərizə təqdim etmək imkanı var.
 
- Rusiyada nanotexnoloji sahənin inkişafı üçün zəruri olan sərmayə həcmlərinin qiymətləndirilməsi mövcuddurmu?
 
- Dövlət elmi tədqiqatların  inkişafına altı milyard dollara yaxın vəsait ayırıb. Korporasiya fundamental və tətbiqi elmlərin maliyyələşdirilməsi ilə məşğul olur. Bu, Elmlər Akademiyası, elmi institutların işidir. Ümumilikdə nanosahə üçün 11 mlrd. dollara yaxın vəsait alınır – nanotexnologiyalar sahəsində liderlərdən biri ABŞ-ın bu sahəyə yatırdığı sərmayələrlə müqayisə edilə bilən məbləğ. Bununla yanaşı, etiraf etməliyəm ki, Ştatlarda özəl sərmayələr dövlət tərəfindən yatırımların həcmlərini on dəfələrlə ötür.
 
- Xarici sərmayədarlar üçün şərtlər necədir? Onlar Rusiya sərmayədarlarının bu və ya digər layihələrdə iştirakının şərtlərindən fərqlənirmi?
 
- Biz Rusiya və əcnəbi tərəfdaşlar arasında heç bir fərq qoymuruq. İstənilən xarici şirkət layihələrin maliyyələşdirilməsi üçün Korporasiyaya ərizə verə bilər. Həm Rusiya, həm də xarici şirkətlər üçün yeganə məhdudiyyət ondan ibarətdir ki, bütün məhsul istehsalı və ya onun bir hissəsi Rusiya ərazisində təşkil edilməlidir.www.trend.az

 

xeberler.az/Ellada


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar