Fontu böyüt:
DigiTimes xəbər verir ki, Tayvan şirkəti Asustek 2009-cu ilin birinci yarısında Google Android platformasında ilk mobil telefon istehsal etməyi planlaşdırır.
Birinci mərhələdə Asustek qurğunu Tayvanda xüsusi brend altında satacaq. Sonra isə telefon dünya bazarına müxtəlif operatorların brendləri ilə təklif olunacaq.
Cari ilin ilk doqquz ayı ərzində şirkət 30 min smartfon satıb. Ümumi 2008-ci il üzrə isə ən azı 40 min telefon satmaq fikrindədir.