Fontu böyüt:
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün ərizə formasını və ətraflı məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet-portalının (www.mincom.gov.az) “Vakansiyalar” bölməsindən əldə etmək olar.
Ərizələrin qəbulu mayın 14-28 may tarixlərində nazirliyin Kadrlar və əməyin mühafizəsi sektoru tərəfindən aparılır.