İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"İnternetin atası” şəbəkə konstitusiyasını qəbul etməyi təklif edib

12.03.2014 [12:55]

Fontu böyüt:      

Martın 12-də Britaniyanın "Guardian" qəzeti yazıb ki, qlobal şəbəkənin (WWW) ixtiraçısı Tim Berners-Li bütün internet istifadəçilərinin hüquqlarını müdafiə edən xüsusi sənəd hazırlamağı və qəbul etməyi təklif edib.
Martın 12-də Britaniyanın "Guardian" qəzeti yazıb ki, qlobal şəbəkənin (WWW) ixtiraçısı Tim Berners-Li bütün internet istifadəçilərinin hüquqlarını müdafiə edən xüsusi sənəd hazırlamağı və qəbul etməyi təklif edib.
Cənab Tim Bernes-Li deyib ki, sərbəstlik və internet azadlığı tez-tez təhdidə məruz qalır. Onun sözlərinə görə, günümüzdə öz mahiyyətinə görə açıq və neytral əhəmiyyət daşıyan qlobal şəbəkəni tez-tez istifadəçilərin hüquqlarını pozan hökumətlər və böyük korporasiyalar nəzarətdə saxlamaq istəyirlər.
"Biz qlobal konstitusiya, internetdə hüquqlar haqqında sənəd, onlayn dünya üçün "Böyük Azadlıq" xartiyasına ehtiyac duyuruq" – Bernes-Li deyib. -"Hökumətlər, şirkətlər və dövlət təsisatları tərəfindən müddəalarına riayət ediləcək yalnız bu sənədin imzalanması interneti hər kəs üçün əlçatan, azad və açıq saxlamağa kömək edəcək".
Bununla belə, "The Guardian" nəşrinə müsahibəsində Berners-Li deyib ki, o, hər bir dövlətin şəbəkədən istifadə üçün öz xüsusi qaydalarını təyin etmə hüququnu qəbul edir. Lakin alim deyib ki, bu qaydalar istifadəçilərin hüquqlarını məhdudlaşdırmamalı və hökmən rəqəmli texnologiyalar sahəsində bütün əsas beynəlxalq standartlara riayət edilməsinə zəmanət verən vahid prinsiplər toplusuna əsaslanmalıdır.
İnternet konstitusiyasının yaradılması təşəbbüsü cənab Berners-Linin "Web we want" adlı böyük layihəsinin bir hissəsidir. Təşəbbüs Berners-Linin 1989-cu ilin martında qlobal şəbəkə ideyasının nümayişi anının 25 illiyinə həsr edilib. Layihənin internet resursunda rəqəmli "Azadlıqlar" xartiyasının hazırlanmasında iştirak etmək istəyən hər kəs üçün açıq qeydiyyat imkanı yaradılıb. Saytda xartiyanın əsas prinsipləri kimi internetə çıxış azadlığı, fərdi informasiyanın təhlükəsizliyinə zəmanət, özünü ifadə etmə azadlığı, desentralizasiya və bitərəflik göstərilib.
2013-cü ilin dekabrında, həmçinin dünyanın 500 yazıçısı oxşar təşəbbüslə (internetdə hüquq haqqında sənəd yaratmaq) çıxış edib. Yazıçılar BMT-yə xüsusi xidmət orqanlarının şəbəkədə nəzarətini məhdudlaşdıran və internetdə vətəndaş hüquqlarını müdafiə edən beynəlxalq xartiya hazırlanması müraciətindən ibarət məktub göndəriblər.(ICTnews)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar