İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İREX jurnalistlər üçün qrant müsabiqəsi elan edir

04.06.2012 [15:04]

Fontu böyüt:      

İREX jurnalistlər üçün qrant müsabiqəsi elan edir IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (freelance) jurnalistlər üçün kiçik qrant müsabiqəsi elan edir.
IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (freelance) jurnalistlər üçün kiçik qrant müsabiqəsi elan edir. Müsabiqə ilə yanaşı jurnalistlərə “Sərbəst jurnalistika sahibkarlıq fəaliyyəti növü kimi” mövzusunda Amerikalı jurnalist Karen Coates’in (http://www.linkedin.com/pub/karen-coates/7/a00/907) iki günlük  təlimi də təqdim olunacaq.
Təlim iyulun 1-ci həftəsində Bakı, Şəki və Mingəçevirdə keçiriləcək (konkret tarix tezliklə bəlli olacaq).
Təlimdə iştirakçılara öz biznes modellərini qurmaq: xəbər istehsalı müəssisəsini yaratmaq və ya bir sərbəst jurnalist kimi reportajını media qurumuna  daha effektiv satmaq üçün nələri bilməlidir mövzusunda məsləhətlər veriləcək.
İştirak etmək  istəyən  jurnalistlər iyunun 15-dək [email protected], [email protected], [email protected]  ünvanlarına aşağıdakı kriteriyalar üzrə  mövzu təklifləri göndərə bilərlər.   
Hər  region üzrə seçilmiş ən yaxşı maksimum üç təklifin hərəsi üçün 500 AZN-ə qədər kiçik qrant (səfər və avadanlıq xərclərini qarşılamaq məqsədilə) ayrılacaq.
Mövzu təklifləri üçün seçim kriteriyaları:
-  Təklif olunan mövzunun xülasəsi (1 səh.);
-   Mövzunun hazırlanması zamanı istifadəsi nəzərdə tutulan mənbələr, nəzərdə tutduğunuz araşdırma metodları, mövzunun işıqlandırılması məqsədilə səfər ediləcək ərazilərin siyahısı;
-   Mövzunun vacibliyinin və çap olunarsa, onun mümkün təsirinin əsaslandırılması  (2-3 abzas);
-   Reportajınız hazır olarsa, onun hansı mətbuat orqanında dərc edəcəksiniz? Nəzərdə tutduğunuz mətbuat orqanlarının siyahısı;
-  Mövzu təklifinin büdcəsi: səfər xərcləri, aşağı qiymətli avadanlığın alınması (flip camera, səsyazma qurğusu, tərcümə xidməti və s.);
-  İndiyə qədər dərc olunan üç reportajınızın nümunəsi (linklər).


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar