İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

GoldenPay onlayn ödəmə sistemi fəaliyyətini genişləndirməkdə davam edir

18.08.2009 [18:05]

Fontu böyüt:      

"Xalq kompüteri" layihəsindən başqa Quickpay xidməti həmçinin Bakı Turizm və İnformasiya Mərkəzinin portalında (www.bakutourism.az) və «SOS Uşaq Kəndləri» xeyriyyəçilik fondunun (www.soschildren.az) saytında tətbiq olunub.

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Təhsil Nazirliyi, Microsoft və HP şirkətləri ilə birgə həyata keçirdiyi "Xalq kompüteri" pilot layihəsi çərçivəsində onlayn ödəmə sistemi tətbiq olunub.

Silverkey Technologies şirkətinin GoldenPay onlayn ödəmə sisteminə sürətli qoşulmaq üçün təqdim etdiyi yeni Quickpay xidmətinin köməyi ilə
http://www.xalqkomp.az/ saytında layihə çərçivəsində kompüter alan müəllimlər kreditlərini istənilən plastik kartı, hətta əmək haqqı kartlarını istifadə eləyərək ödəyə bilərlər.

Əməliyyata başlamaq üçün "Onlayn ödəmə" bölməsinə daxil olmaq lazımdır. Quickpay xidməti xüsusi olaraq Silverkey Technologies şirkəti tərəfindən GoldenPay sisteminə sürətli və asan qoşulmaları üçün hazırlanıb. GoldenPay sistemini bir gün müddətində tətbiq etmək mümkündür. Müqavilə imzalandıqdan sonra, «onlayn ödəmə» düyməsi yaradıb onu Silverkey tərəfindən veriləcək linklərə yönəltmək lazımdır.

Qeyd edək ki, "Xalq kompüteri" layihəsindən başqa Quickpay xidməti həmçinin Bakı Turizm və İnformasiya Mərkəzinin portalında (www.bakutourism.az) və «SOS Uşaq Kəndləri» xeyriyyəçilik fondunun (www.soschildren.az) saytında tətbiq olunub. GoldenPay sistemi Azərbaycanda 2008-ci ilin dekabr ayından tətbiq olunur. «Visa» və «MasterCard»-dan müvafiq olaraq «Verified by Visa» və «MasterCard SecureCode» lisenziyalarını almış bu sistem istifadəçilərinin təhlükəsizliyinin artırılması üçün ən təhlükəsiz SSL sertifikatı olan VeriSign istifadə edir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar