Fontu böyüt:
Gartner təşkilatının keçirdiyi araşdırmalara əsaslanaraq, Reuters xəbər verir ki, dünyada bir milyarddan çox kompüter işləyir. 2014-cü ilə onların sayının ikiqat artması gözlənilir.
Hazırda kompüterlərin ümumi sayının yarısından çoxu Qərbin sənaye cəhətdən inkişaf etmiş ölkələrində yerləşir. Ancaq təhlilçilər, gözlənilən iki milyard kompüterdən onların payına 30%-in düşəcəyini güman edirlər.
İnkişaf etmiş bazarlarda kompüterlərə tələbatın artmasını, maşınların ucuzlaşması, internetə genişzolaqlı girişin və naqilsiz əlaqənin artması ilə əlaqələndirirlər. Bundan əlavə iqdisadiyyatın fəal inkişafı yüksək kompüterləşmə olmadan mümkün deyil.
Həmçinin Gartner təhlilçiləri hesab edirlər ki, cari ildə istifadəçilər 180 milyondan çox kompüterdən qurtulacaqlar. Onların bir hissəsi təkrar bazarda satılacaq, digər hissəsi sadəcə atılmış olacaq. Zibilliklərə təxminən 35 milyon kompüter atılacaq.