Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda əhəmiyyətli dəyişikliklər edilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunda əhəmiyyətli dəyişikliklər edilir.
Artıq yeni istiqamət üzrə bir şöbə yaradılıb.
Əvvələr mövcyud olan Strateji planlaşdırma və elmi potensial şöbəsinin əsasında yaradılan Elektron idarəçiliyin inkişafı şöbəsi adlanan bu struktur vahidinin hələlik yeni Əsasnaməsi olmasa da güman ki, daha çox Elektron hökumət quruculuğu məsələləri ilə məşğul olacaq.
Hüquq və kadrlar şöbəsinin adı dəyişdirilərək Hüquq və insan resursları şöbəsi, Beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin də adı dəyişdirilərək Beynəlxalq əməkdaşlıq şöbəsi adlandırılıb.
Eyni zamanda Nazirliyin yeni strukturunda tam yeni olan Elm, texnologiya və innovatik inkişaf şöbəsi də nəzərdə tutulub