21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Yeni il bayramının gəlişini ən çox uşaqlar istəyirlər. Bu bayramda körpələr Şaxta Babadan müxtəlif hədiyyələr diləyir, həvəslə sürprizlərin yolunu gözləyirlər. “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə “Azercell Telekom” MMC-nin təşəbbüsü ilə bəzədilən yeni il ağacları valideyn himayəsindən məhrum olan uşaqların “Yeni il arzuları”nı gerçəkləşdirmək niyyətindədir.
Bu il ilk dəfə uşaq evlərində yaşayan balalar üçün keçirilən “Onlar da hədiyyə gözləyirlər...” layihəsinin unikallığı ondadır ki, istənilən şəxs bu uşaqların bayramına öz əvəzsiz töhfəsini verə bilər. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hədiyyələr hal-hazırda “Park Bulvar” alış-veriş mərkəzinin birinci və ikinci mərtəbəsində yerləşdirilən 3 şam ağacından asılıb və ağacların üzərindəki hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyəni öyrənib, onları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının üzərinə yerləşdiriblər.
Beləliklə də, istənilən şəxs bir və ya bir neçə hədiyyəni alıb onu arzulayan uşağın özünə təqdim etmək imkanı əldə edir. Hədiyyələrin təqdim edilməsi üçün “Azercell Telekom”-un dəstəyi ilə dekabrın 28-də “Landmark”ın Rotunda zalında bir neçə uşaq evinin sakinləri üçün yeni il şənliyi keçirəcək. Mərasimdə uşaqlara “Onlar da hədiyyə gözləyirlər...” layihəsi çərçivəsində arzuladıqları hədiyyələr paylanılacaq.
Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş uşaqları məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni il bayramını unudulmaz bir şənliyə çevirməkdən ibarətdir.
“Onlar da hədiyyə gözləyirlər...” 26 dekabr 2010-cu il tarixinə qədər keçiriləcək.