Microsoftun ən məşhur xidmətlərindən biri olan Windows Live Messenger (MSN) 5 ölkəyə qadağa olundu.
Microsoft şirkəti bəzi ölkələrdə populyar mesajlaşma xidməti olan Windows Live Mesenger-in istifadəsinı qadağan edəcək. ABŞ-ın ambargo qoyduğu dövlətlərdən olan Kuba, Suriya, İran, Sudan və Şimali Koreyada bu proqrama bağlanmaq artıq mümkün deyil və qoşulmaq istəyən istifadəçilər “Error 810003c1” xəta mesajını alırlar.
Qadağanı ABŞ höküməti onun mənafeyini təhdid edən ölkələr üçün tətbiq edib. Qoyulan embarqonun müddəti haqqında heç bir açıqlama verilməyib.
xeberler.az/Vüsalə