21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Opera mobil brauzer istehsalçılarının apardığı araşdırmalara əsaslanaraq, Computerworld xəbər verir ki, mobil internet auditoriyasının 88 faizi kişilərdən ibarətdir. Mobil internet daha çox 18 yaşdan 28 yaşa dək olan gənclər arasında populyarlıq qazanıb. Onlar bütün mobil internet-istifadəçilərin 39 faizini təşkil edir. 28 yaşdan 37 yaşa dək insanların payına mobil internet-istifadəçilərin 34 faizi düşür.
Yahoo! saytı mobil internetdən istifadə edənlərin ən çox daxil olduqları resursdur. Bu baxımdan ikinci yeri Google tutur. Onların ardınca BBC News və Facebook mobil resursları yerləşiblər.
Opera Software təmsilçiləri güman edirlər ki, gələcəkdə mobil internet daha da adiləşəndə, ondan istifadə edən hər iki cinsin nümayəndələrinin sayı bərabərləşəcək.
Həmçinin mobil internetdən istifadəyə görə kəmiyyət etibarilə heç bir yaş həddinin üstünlük təşkil etməyəcəyi gözlənilir.