16-19 mart 2011-cu il tarixində Bakı şəhərində keçiriləcək “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil sərgisinin rəsmi telekommunikasiya tərəfdaşı Azerfon-Vodafone-dur.
Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək. Sərgi zamanı qonaqlar Azerfon-Vodafone tərəfindən təqdim edilən 3G texnologiyası üzrə müxtəlif məhsul və xidmətlərlə tanış olacaqdır.
Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq yeni “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək. Sərgi zamanı qonaqlar Azerfon-Vodafone tərəfindən təqdim edilən 3G texnologiyası üzrə müxtəlif məhsul və xidmətlərlə tanış olacaqdır.
Azerfon-Vodafone artıq iki ildir ki, bu sahədə dünya üzrə qabaqcıl şirkət olan “İteca Caspian” tərəfindən təşkil edilən beynəlxalq sərgilərin rəsmi telekommunikasiya tərəfdaşıdır.
Bu tərəfdaşlığa əsasən, Azerfon-Vodafone Bakıda keçiriləcək 24 beynəlxalq sərgiyə dəstək olaraq, burada 3G texnologiyası üzrə məhsul və xidmətləri təqdim edəcək. Eyni zamanda, abunəçilər sərgi zamanı video zəng vasitəsi ilə sərgini kənardan izləmək imkanı, bundan başqa, təqdim edilən Azerfon-Vodafone nömrəsinə SMS göndərməklə sərgidə iştirak etmək üçün dəvətnamə əldə edə biləcəklər.
“AutoShow 2011” sərgisində 100-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. Hal-hazırda, “AutoShow” sərgisinin iştirakçılarının siyahısına 14 ölkədən, o cümlədən Azərbaycan, Almaniya, Belorus Respublikası, Danimarka, İtaliya, Kanada, Çin, Malayziya, Rusiya, Litva, Tayvan, Türkiyə, İsveçrə və Yaponiyadan olan şirkətlər daxildir.
Şirkət haqqında
AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. Nar Mobile ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib. AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Bu günədək AZERFON şirkəti 1,7 milyonadək abunəçiyə xidmət göstərib.
2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanıb. 02.12.2009 tarixində Azerfon MMC ölkədə 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya alıb. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru ölkədə ilk dəfə olaraq 3G xidmətinin tətbiqinə başlayıb və yeni Azerfon-Vodafone brendini təqdim edib.
//lent.az