Fontu böyüt:
Zahir Əzəmət istefa verərək, portalı gənc jurnalistlərə təhvil verdi
Son 10 gündə texniki səbəblər üzündən Qaynar.info-nun fəaliyyətində ciddi problemlər yaranıb. Bu haqda portalın özünün yaydığı məlumatda bildirilir.Ofissiz və texniki avadanlıqsız qalan portal ya fəliyyətinə xitam vermək, ya da daha uyğun bir variantı seçmək zorunda qalıb. Ortada olan bir çox təklifləri dəyərləndirdikdən sonra, portalın rəhbərliyi istefa vermək qərarı verib. Saytın gələcək fəaliyyəti yeni komandanın rəhbərliyi altında davam edəcək.
Saytın yeni baş redaktoru gənc jurnalist Fərid Şahbazlı olacaq.
Saytın bundan sonrakı fəaliyyətində bütün məsələlər üzrə məsuliyyət məhz yeni rəhbərliyin üzərinə düşür.
Saytın əvvəlki baş redaktoru və təsisşisi Zahir Əzəmət bütün hüquqlarını həftə ərzində təhvil verəcək və dəyişikliklə bağlı texniki məsələlər də bu müddət ərzində həll olunacaq.
F.Şahbazlı 1991-ci ildə Bakı şəhərində anadan olub. Səbail rayonundakı 7 saylı orta ümumtəhsil pilot məktəbini bitirib. Hal-hazırda Odlar Yurdu Universietinin jurnalistika fakültəsində təhsil alır.
2005-ci ildən mətbuatla əməkdaşlıq edir. Ölkənin bir sıra tanınmış qəzet və portallarında yazılarla çıxış edib. 2006-cı ildən Azərbaycanda ilk dəfə rəhbərliyi və üzvləri məktəblilərdən ibarət «Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatının təsis edib və hal-hazırda təşkilatın sədri vəzifəsində çalışır.
2009-cu ildə isə Xeberdar.info Xəbər Portalını təsis edib və baş redaktorudur.