İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Hansı KİV-lər cəmiyyətə daha çox təsir edir?

20.02.2009 [17:18]

Fontu böyüt:      


Mətbuat Şurasının sorğusu başa çatdı!!!

 Mətbuat Şurası cəmiyyətin informasiya tələbatını müəyyənləşdirmək məqsədilə sorğu keçirib. Əhalinin müxtəlif təbəqələri arasında keçirilən sorğuda 1000 respondentin fikri öyrənilib. Müsahibəli səciyyə daşıyan sorğuda respondentlərə verilən suallar bir neçə istiqaməti əhatə edib.

Mətbuat Şurasından Qaynar.info-ya verilən məlumata görə, öncə ümumi olaraq Azərbaycanda ictimai rəyin formalaşmasına təsir göstərən media vasitələrindən hansının fəaliyyətinin daha yüksək qiymətləndirilməsinə diqqət yetirilib. Bu istiqamətli suala cavabda rəyi soruşulanların 69 faizi televiziyaların başlıca rol oynadığı qənaətindədir. 19 faizin fikrincə, ölkədə ictimai rəy yazılı KİV-lərin, xüsusən də qəzetlərin təsiri ilə formalaşır. Radioların bu istiqamətdəki fəaliyyəti 8,3 faizlə qiymətləndirilib. Yalnız 3,7 faiz ictimai rəyin əsasən internet resurslarının vasitəsilə formalaşdığı qənaətindədir.                                                       .
Respondentlərə informasiya tələbatlarının ödənilməsi ilə bağlı verilən sual bir neçə istiqaməti əhatə edib. İlk olaraq məsələ ümumi şəkildə qoyulub. Birinci suala verilən cavabdakından fərqli olaraq aydın olub ki, televiziyaların cəmiyyətin informasiyaya olan tələbatını ödəmək faizi nisbətən aşağıdır - 56,4 faiz. Bu baxımdan yazılı KİV-lərin faiz dərəcəsi 33.6-dir. Rəyi soruşulanların 5.2 faizi radioların onların tələbatını ödədiklərini bildirirlər. 4.8 faiz isə məsələdə internet resurslarına üstünlük verir.

«Televiziyalarda informasiyaya olan tələbatınızın ödəndiyini göstərən başlıca cəhət nədən ibarətdir?» (56,4 faizə verilən suallar). Bu suala rəyi soruşulanların 29,5 faizi xəbərlər proqramlarını göstərir. 23,7 faiz müxtəlif analitik proqramların başlıca cəhət olduğu qənaətindədir. Respondentlərin 37,2 faizi hesab edir ki, televiziyaların şou və əyləncə xarakterli verilişlərə üstünlük vermələri informasiyaya olan tələbatlarını ödəyir. 9,6 faiz isə yayımlanan digər proqramların informasiya təlabatının təminatçısı qismində çıxış etdiyini düşünür (10 faizlik həddi aşa bilməyən cavablar «digər» olaraq göstərilib).
«Yazılı KİV-lərdə informasiyaya olan tələbatınızın ödəndiyini göstərən başlıca cəhət nədən ibarətdir?» (33,6 faizə verilən suallar). Bu suala cavabda 55,8 faiz qəzetdə dərc edilən ictimai-siyasi, sosial-iqtisadi məzmunlu məlumatları əsas gətirirlər. 29.3 faizin fikrincə, qəzetlərdə gedən analitik şərhlər məlumat alma tələbatlarını ödəyir. Respondetlərin 11,3 faizi yazılı KİV-lərdə gedən şou və əyləncə xarakterli məlumatları başlıca cəhət kimi dəyərləndirir. 3,6 faiz bu tip media vasitələrindəki digər mövzulu materiallara üstünlük verir.

«Radiolarda informasiyaya olan tələbatınızın ödəndiyini göstərən başlıca cəhət nədən ibarətdir?» (5,2 faizə verilən suallar). 19,3 faiz respondent düşünür ki, radioların yayımladıqları xəbərlər onların informasiya tələbatını ödəyir. Rəyi soruşulanların 15,7 faizinin fikrincə, buradakı ictimai-siyasi məzmunlu proqramlar onların informasiya tələblərinin təminatçısı qismində çıxış edir. Şou və əyləncə xarakterli verilişlərin informasiyaya olan tələbatı ödədiyini düşünənlər 57,1 faiz təşkil edir. Bu baxımdan 7.9 faiz radioların yayımladıqları digər mövzulu proqramlara üstünlük verir.

«İnternet resurslarda informasiya tələbatınızın ödəndiyini göstərən başlıca cəhət nədən ibarətdir?» (4,8 faizə verilən suallar). 22.6 faiz respondent buradan əldə etdikləri ictimai-siyasi məzmunlu xəbərləri başlıca cəhət hesab edir. 54,9 faiz ölkədən kənarda baş verən hadisələr barədə xəbərlərin internet resurslarında yayımlanmasını informasiyaya olan tələbatının ödənilməsinin əsas şərti sayır. Rəyi soruşulanların 16,1 faizi bu qənaətdədir ki, internet resurslar onların şou və əyləncə xarakterli informasiyalarla təmin etmək baxımından müstəsna əhəmiyyət kəsb edirlər. 6,4 faiz internet resurslarından digər mövzulu məlumatları əldə etdiklərini bildirirlər. www.qaynar.info

 

 


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar