İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Osman Gündüz: "İnternet istifadəçiləri aldadılır "

02.04.2014 [17:02]

Fontu böyüt:      

Yaxud internet niyə ucuzlaşmadı? Mütəxəsis internetin qiymətinin baha olmasında nazirliyi günahlandırdı Azərbaycanda internetin qiyməti ucuzlaşmadı.
Yaxud internet niyə ucuzlaşmadı? 
Mütəxəsis internetin qiymətinin baha olmasında nazirliyi günahlandırdı Azərbaycanda internetin qiyməti ucuzlaşmadı.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz sosial şəbəkədə bildirib.
O.Gündüz yazıb ki, internet istifadəçilərinin “köhnə texnologiyalar”la “çəkidə aldadılması” və “yalançı trafikin” müştərilərə baha qiymətə satılması davam edir: “Aprelin 1-dən internet qiymətlərinin endirimi gözlənilirdi. Görünür, zarafat imiş  Deyəsən, nazirliyin internetin qiymətlərinin endirilməsi üçün dövlət provayderlərinə gücü çatmadı.
Güman ki, adi bir dövlət provayderinin aylıq gəlirinin milyonlarla ölçülməsi buna imkan vermədi. Digər İSP-lərə də bu situasiya çox sərf edir. Həm də axı problemi həll etməli olan dövlət qurumunun burada öz kommersiya maraqalrı var.
Əlbəttə, hər ötən ay milyonlar deməkdir. Kim bundan asanlıqla əl çəkmək istəyər ki? Yüz minlərlə insanı “çəkidə aldadaraq”, əslində faktiki mövcud olmayan “heç nə” ilə edilən biznes gözəldir. Özü də qonşu ölkələrlə müqayisədə hədsiz baha qiymətə olarsa…
Gərək, bu cür kütləvi fırıldağın üstünü açmaq üçün yuxarıdan təpki olsun. Mütləq yuxarıdan kimsə deməlidir ki, nə üçün Gürcüstan interneti bizdən alıb su qiymətinə öz vətəndaşlarına sata bilir, amma bizdə ondan bahadır?
Əksinə, hətta artıq məlumaltlar verilir ki BTRİB-də daha bir dövlət provayderi - Bakİnternet 2 yaradılır.
Ümumiyyətlə, kommersiya və tənzimləmə səlahiyyətlərini də özündə cəmləşdirən nazirlikdən internet bazarında çevik və effektiv tənzimləməni, dövlət provayderlərinə təsir etməklə internet bazarın tənzimlənməsini və ya dövlət provayderlərinin özəlləşdirilməsini, internet bazarında normal rəqabət mühitinin yaradılmasını da gözləmək düzgün olmazdı. Qurumun qanuni kommersiya maraqları var internet bazarında.
Ümid edək ki, yeni adla fəaliyyət göstərəcək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsasnaməsində kommersiya səlahiyyətləri olmayacaq, tənzimləmə səlahiyyətləri isə digər müstəqil dövlət qurumuna veriləcək”. 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar