Fontu böyüt:
Xeberler.az portalının Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Avropa Statistika Komitəsinin (EUROSTAT) açıqlamasına görə Çernaqoriyanın əhalisi Avropada ən çox mobil telefon istifadə edən əhalisi seçilib. Komitənin ən son statistik məlumatına görə, 620 min əhalisi olan Çernaqoriyada hər 1000 nəfərə 1600 mobil telefon düşür.
Statistikaya görə son bir ildə işsizliyin sayı Avropada artsa da, Çernaqoriyanın iqtisadi göstəriciləri yüksək səviyyədə qalmaqda davam edir.