Fontu böyüt:
6 Noyabr 2010-cu il tarixində Park Bulvar ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən Azerfon-Vodafone mağazasında hədiyyələrin rəsmi təqdim etmə mərasimi keçirildi.
Müsabiqənin qalibləri Sahil Qədimbəyli 3G müşahidə kamerasını, Aynur İsmayılova Azerfon-Vodafone 3G internet modemini qazandılar. Müsabiqənin şərtlərinə əsasən Azerfon-Vodafone Facebook istifadəçiləri 3G Müşahidə Kamerası üçün şüar təklif etməli idilər. Qaliblərin hədiyyələrlə təltif olunma mərasimində çoxsaylı Azerfon-Vodafone Facebook fanları və şirkət nümayəndəliri iştirak edirdilər.
Qeyd edək ki, Azerfon-Vodafone 3G Müşahidə Kameralarını Azərbaycan telekommunikasiya bazarında ilk dəfə olaraq təqdim etmişdir. 3G kameraları vasitəsilə məsafədən asılı olmayaraq mobil telefonun düymələrindən istifadə edərək kameranın quraşdırıldığı məkanı müşahidə etmək, müşahidə istiqamətini dəyişmək eləcədə səs ötürülməsini həyata keçimək mümkündür.
3G Müşahidə Kamerasını əldə etmək üçün Azerfon-Vodafone Mərkəzlərinə müraciət etmək kifayətdir. Kameranın texniki göstəriciləri və digər əlavə məlumatı www.azerfon-vodafone.az saytından əldə etmək olar.
AZERFON MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində başlamışdır. AZERFON şəbəkəsi Azərbaycan Respublikasının 80%-ni əhatə edir. Hazırda AZERFON şəbəkəsindən 1 500 000-a dək abunəçi istifadə edir.
xeberler.az/Ellada