Yaponiyanın Tokio şəhərinin “Tokyo International Exhibition Center” (Tokyo Big Sight) kompleksində informasiya və kommunikasiya texnologiyalarına həsr olunmuş “EXPO COMM WIRELESS JAPAN 2012” sərgi-konfransı keçiriləcək.
30 may-1 iyun tarixlərində Yaponiyanın Tokio şəhərinin “Tokyo International Exhibition Center” (Tokyo Big Sight) kompleksində informasiya və kommunikasiya texnologiyalarına həsr olunmuş “EXPO COMM WIRELESS JAPAN 2012” sərgi-konfransı keçiriləcək.
RİTN-nin informasiya resurslarından əldə olunan məlumata görə, sərgi-konfrans simsiz şəbəkələrə həsr olunub.
Ənənəvi olaraq ildə 1 dəfə keçirilən sərgidə internet məhsulları və müxtəlif kompyuter modelləri nümayiş etdiriləcək.
Tədbirin əsas iştirakçıları İT şirkətlərin rəhbərlərindən, proqramçılardan, mobil operatorların nümayəndələrindən və idarəetmə menecerlərindən ibarət olacaq.
Qeyd edək ki, “EXPO COMM WIRELESS JAPAN 2012” dünyada İKT sahəsində xüsusi əhəmiyyətə və geniş auditoriyaya malik tədbirlərdən hesab olunur.
Xeberler.az/ Mirvari