Fontu böyüt:
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi GUAM üzvü olan ölkələrdə informasiya cəmiyyətinin inkişafı sahəsində əməkdaşlığın perspektivləri və imkanlarını nəzərdən keçirəcək. Bu barədə nazirliyin çərşənbə günü yaydığı məlumatda deyilir.
Məsələyə dekabrın 16-17-də Kiyevdə keçiriləcək informasiya texnologiyaları sahəsində GUAM-ın işçi qrupunun növbəti iclası çərçivəsində baxılıb.
Azərbaycan tərəfinin sədrlik edəcəyi görüşdə GUAM üzvü olan ölkələrin profilli nazirlik və idarələrinin nümayəndələri iştirak edəcəklər.