Fontu böyüt:
Azərbaycanda yaxın vaxtlarda mobil operatorlar arasında ödəmələr vahid tarifə keçiləcək. Bu barədə dekabrın 2-də jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
Nazir bildirib ki, mobil operatorlar arasında olan ödəmələr vahid tarifə keçəcək: “Bunu bütün mobil operatorlar qəbul ediblər. Bu, bazarda rəqabəti balanslaşdırmağa, həmçinin qiyməti aşağı olduğu üçün mobil operatorların əhaliyə verdiyi xidmətlərini aşağı salmağa da imkan verəcək”.