Fontu böyüt:
“Glassdoor” analitik şirkətinin məlumatına görə, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq hazırda Amerikanın böyük şirkətləri arasında ən yaxşı rəhbərdir. O, işlərin aparılmasına yanaşmasına və tabeçiliyində olanlarla münasibətlərinə görə əməkdaşların səsinin 97%-ni toplayıb.
Bu ilin yazında onun reytinqi 99% olub. Ikinci yeri “Twitter”in direktoru Dik Kostolo (96%) ilə “McKinsey & Co” konsaltinq şirkətindən Dominik Barton paylaşır. “Google” korporasiyasının direktoru Larri Peyc səslərin 95%-ni, “Apple”ın direktoru isə 92%-ni toplayıb. Siyahının sonunda “Microsoft”un direktoru Stiv Balmer yer alıb.