21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın ilk milli telekommunikasiya peyki olan «Azerspace-1» 15 il istismar müddəti ərzində ölkəyə 650 mln. ABŞ dolları məbləğində gəlir gətirəcək. Bunu Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Artıq peykin təyinata uyğun olaraq 46 dərəcə Şərq uzunluğundakı orbital mövqeyini tutduğunu bildirən nazir onu da qeyd edib ki, yaxın 20 gün ərzində peykin sınağı aparılacaq, daha sonra isə «Azerspace-1» kommersiya fəaliyyətinə başlayacaq: «Peykin istismar müddəti 15 ildir və bu müddət ərzində Azərbaycan peykdən 650 mln. dollar məbləğində gəlir əldə edəcək, halbuki «Azerspace-1»in tikintisi, onun sığortalanması, orbitə buraxılması və yerüstü infrastrukturun yaradılmasına 230 mln. dollar xərclənib».
Ə.Abbasov onu da əlavə edib ki, yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması isə 2016-cı ilə planlaşdırılıb.
Xatırladaq ki, ABŞ-ın «Orbital Sciences» şirkəti tərəfindən istehsal olunan «Azerspace-1» peyki «Ariane-5» kosmik daşıyıcısı ilə fevralın 8-də orbitə çıxarılıb. Peykin ümumi çəkisi 3 250 kq təşkil edir və onun istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstərəcək. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir.
Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək və peykinin resurslarının 44%-i artıq 15 illik müddətə Malayziyanın «Measat» peyk operatoruna icarəyə verilib.
Azərbaycan növbəti illərdə ilk olaraq aşağıorbitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar peyklərin orbitə çıxarılmasını planlaşdırır. /apa/