Fontu böyüt:
Azərbaycanda Yol hərəkətinin intellektual idarəolunması sisteminin yaradılması üzrə işlər başa çatdırılır.
2011-ci ilin fevral ayında istifadəyə verilməsi planlaşdırılan sistem paytaxt yollarında tıxaclarla bağlı problemin həll olunmasına kömək edəcək.
Layihə çərçivəsində yaradılacaq yeni avtobus dayanacaqlarında elektron lövhə və videomüşahidə kameralarının quraşdırılması nəzərdə tutulub ki, belə vəziyyətdə peyk vasitəsilə nəqliyyatın hərəkəti və avtobus marşrutlarına müşahidə etmək mümkün olacaq. İntellektual sistemdə həmçinin 150 yeni elektron svetoforların quraşdırılması nəzərdə tutulur.
Yol hərəkətinin intellektual idarəonması sisteminin tətbiqi 77 milyon ABŞ dollarına dəyərləndirilir.
Qeyd edək ki Azərbaycanda yaradılan sistem MDB məkanına ilk bu cür sistem olacaq. Onun tətbiqi piyadaların və şəhər avtonəqliyyatının hərəkəti üçün əlverişli şəraitinin yaradılması baxımdan böyük əhəmiyyət kəsb edir.
Gələcəkdə layihə çərçivəsində elektron kartlar vasitəsilə ödəniş sisteminin yaradılmasında nəzərdə tutulur ki, bu yüksək səviyyəli sərnişindaşıma xidmətlərinin təşkilinə imkan yaradacaq. Belə ki, avto – və dəmiryolu vağzallarında quraşdırılacaq POS-terminallar vasitəsilə sərnişin və ya turistlərə bütün növ nəqliyyatların optimal marşrutları, onlar arasında ən əlverişli transferin seçilməsi haqqında məlumatın təqdim olunması, eləcə də biletlərin mərkəzləşdirilmiş satışı mümkün olacaq.
Şəhər nəqliyyatının intellektual tənzimlənməsi mərkəzi Bakı şəhərini, gələcəkdə isə bütün Abşeron yarımadasını əhatə edəcək.
mənbə:abc.az