Fontu böyüt:
Apple iPhone 4 antenasının problemi, yəni AppleGate ilə məşğulkən Foxconn, yəni Apple telefonları hissələrinin istehsalçısı olan Çin müəəssiəsindən daha bir işçinin ölüm xəbəri gəlib.
Xatırladaq ki, bu il Foxconn müəəssələrində 11 işçi intihar etmişdir. İşçi hüquqları müdafiəçiləri də ölüm səbəblərinin fabrikadaki pis iş şəraitindən qaynağlandığını qeyd edirlər. Amma son ölümün intihar olub-olmaması hələ dəqiqləşməyib. Bundan əlavə ölümün Foxconnun hansı müəəssəsində meydana gəldiyi də hələ məlum deyil.
Foxconn dünyanın ən böyük kompüter hissələri istehsalçısı olaraq tanınır. Foxconn Apple-dən əlavə Dell və Nokia hissələrinin də istehsalçısıdır. Hazırda Foxconnun bir neçə yüz min işçisi var.
Foxconn isə intiharlar hallarınının artması və iş şəraitinin çətinliyi məsələsi ilə bağlı etirazların yüksəldiyini görüb, tədbiri əldən buraxmayıb və işçiləri sakitləşdirmək üçün oktyabrın 1-dən maaşlarını, 2000 yuan (290 $) artıracağını açıqladı.
V.ELMAR