İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Biznes İnkubator eksperti İBİ-də master-klass keçib

06.11.2014 [21:17]

Fontu böyüt:      

Dr. Devid Konvey Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatoru (İBİ) ilə tanış olub.

Noyabrın 6-da Avropa İttifaqının maliyyələşdirdiyi “Corporate Solution” təşkilatının Biznes İnkubatorlar üzrə eksperti Dr. Devid Konvey Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatoru (İBİ) ilə tanış olub. Məlumat Xeberler.az saytına ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən verilib.

Məlumatda bildirilir ki, ekspertə İBİ və inkubasiya keçən startap şirkətlər haqqında məlumat verilib. Dr. Devid Konvey ADİU-da yaradılmış biznes-inkubator modelinin Avropada fəaliyyət göstərən biznes-inkubatorlardan geri qalmadığını bildirərək, gələcəkdə digər universitetlərdə də bu cür biznes-inkubatorların yaradılmasının önəmini vurğulayıb. Kiçik və orta sahibkarlığın dəstəyi və biznes-inkubatorlar sahəsində 25 ildən artıq təcrübəsi olan Dr. Devid Konveyin məsləhətçi olaraq İBİ ilə əməkdaşlıq etməsi haqda razılıq əldə olunub.

Sonra Dr.Devid Konvey startapçılara master-klass keçib. O, ABŞ və Avropa Birliyi ölkələrində startap, sahibkarlıq və biznes-inkubator təcrübəsindən danışaraq, bu sahədə olan zəngin təcrübəsi ilə startpaçıllar və Enactus-ADİU üzvləri ilə paylaşıb. Ekspert ADİU-da yaradılan İnnovativ Biznes-İnkubatorun ölkədə gənclər arasında sahibkarlığa dəstək siyasətinin həyata keçirilməsinin nümunəsi olmaqla yanaşı, tələbə təşəbbüskarlığı, müxtəlif sahələri əhatə edən startaplar, peşəkarlardan ibarət ekspertlər şurası, müxtəlif təlim və treninqlərin keçirilməsi, universitet himayədarlığı və başqa cəhətlərinə görə digər startaplardan fərqləndiyini bildirib.

Dr.Devid Konveyin “Marketinq strategiyası” mövzusunda növbəti master-klassının dekabr ayının ortalarında keçirilməsi planlaşdırılıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) İnnovativ Biznes-İnkubatorunun (İBİ) təqdimatı oktyabrın 27-də təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə keçirilib. İBİ startapları - “Peşəkar mühasibat” mərkəzi, “LingvOmondo” tərcümə mərkəzi, “Perfect Pictures” videoreklam studiyası, “UniWeb" veb dizayn studiyası fəaliyyətə başlayıblar. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar