21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Toshiba və Hitachi şirkətləri CES 2009 elektronika sərgisində jestlərlə idarə olunun televizorlar təqdim ediblər.
Tədbir çərçivəsində təqdim olunan televizorlar ekranın yanında quraşdırılmış infraqırmızı qəbuledicilər vasitəsi ilə insan jestlərini müəyyən edir. Qəbuledicilər həmin əl hərəkətlərini televizor üçün müvafiq siqnallara çevirir.
Hələ ki, televizorlar yalnız bir neçə jestləri başa düşür. Əsasən, əllərin qaldırılması televizorun söndürülməsi və işə salınması deməkdir. Telekanalın dəyişdirilməsi üçün əllərin horizontal hərəkəti kifayət edir. Səs səviyyəsi isə əllərin dairəvi hərəkətləri ilə müəyyən olunur.
Qeyd edək ki, sərgidə nümayiş etdirilmiş televizorlar prototip mərhələsindədir. Bu cür televizorların seriyalı modelinin 2010-cu ildən tez işıq üzü görməyəcəyi gözlənilir.
Toshiba və Hitachi nümayəndələrinin sözlərinə görə, şirkətlər texnikanın jestlərlə idarə olunması texnologiyasını inkişaf etdirmək niyyətindədir.
Gözlənilir ki, gələcəkdə əllərin hərəkəti vasitəsilə məsələn videoqurğularla idarə etmək mümkün olacaq. www.lenta.ru
xeberler.az/Ellada