Fontu böyüt:
Qətərin paytaxtı Doha şəhərində
keçirilən “ITU Telecom World 2014” beynəlxalq sərgisində Azərbaycanı təmsil edən
Dilmanc ən yeni proqram təminatını – “Dilmanc” çağrı mərkəzini (Dilmanc call
centre) nümayiş etdirir.
Dilmanc qrupundan Xeberler.az-a verilən məlumata görə, bu sistem Azərbaycanda
insan nitqini başa düşərək ona adekvat cavab verən ilk belə sistemdir. Onun tətbiq
edilməsi mövcud çağrı mərkəzlərinin məsrəflərini 10 dəfə azaltmağa imkan verir.
Bundan başqa, layihə çərçivəsində hazırlanmış digər sistemlər - nitqin-nitqə tərcüməsi,
elektron lüğətlər, maşın tərcüməsi və s. nümayiş etdirilən məhsullar
sırasındadır.
Sərgidə ən çox diqqət çəkən məhsullardan biri də görmə qüsurlu insanlar üçün
Dilmanc mini kompüteridir.
Dilmancın bu layihəsi Qətər
Əmirliyinin informasiya və kommunikasiya nazirinə təqdim edilib və geniş maraq
doğurub.
Bu layihə ilə Qətər dövlətinin
maliyyələşdirdiyi, sağlamlıq imkanları məhdud olanlara kömək məqsədilə fəaliyyət
göstərən Mada layihəsi ilə əməkdaşlıq məsələsii müzakirə edilib.
Dilmancın bu kompüterinin ərəb versiyasının hazırlanması imkanları nəzərdə
tutulub.