Fontu böyüt:
Facebook sosial şəbəkəsi mobil xidmətlər bazarının istila edilməsinə yönəldilmiş yeni strategiya təsdiq edib. Rabitə və Texnologiyalar Nazirliyinin saytı xəbər verir ki, internetin ən populyar sosial şəbəkəsinin təsisçisi və rəhbəri Mark Sukerberqin sözlərinə görə, onun şirkəti mobil telefonu sosial şəbəkənin bir hissəsinə çevirmək niyyətindədir. M. Sukerberq qeyd edib ki, Facebook biznesmenlərə telefon vasitəsilə öz xidmətlərini təklif etmək imkanı verəcək.
Bundan əlavə gələcəkdə şəbəkənin istifadəçiləri
Facebook parollarını digər mobil əlavələrə çıxış üçün tətbiq edə biləcəklər.
Mobil texnologiyaları, sosial ünsiyyəti və istifadəçilərin marağını ətrafda baş verənlərə cəlb etməyin bir araya gətirilməsi qərarını Facebook rəhbərliyi dünyada mobil telefonların sayının getdikcə artımı fonunda qəbul edib.
“Bun istiqamətlərin birləşdirilməsi nəticəsində yeni şirkətlər yaradılacaq və ənənəvi sənayelər haqqında təsəvvürlər dəyişəcək”, - deyə M. Sukerberq bildirib.
Bu gün Facebook-un 500 milyon istifadəçisindən 200 milyonu öz səhifələrinə müxtəlif mobil platformalar vasitəsilə daxil olur. Şirkətdə qeyd edirlər ki, bu, iPhone və Android istifadəçilərin sayından çoxdur.
M. Sukerberqin sözlərinə görə, mobil telefon istifadəçiləri sosial şəbəkədə personal kompüter istifadəçilərindən iki dəfə daha fəaldır.
Facebook rəhbəri həmçinin onun şirkətinin iPhone və Android-ə rəqiblik edəcək mobil telefon hazırladığı barədə gəzən söhbətləri bir daha təkzib edib. “Bu olduqca orijinal bir fikirdir”, - deyə M. Surkerbeq jurnalistlərin Facebook tərəfindən bu cür telefon buraxmaq ehtimalı barədə sualını cavablandırarkən deyib.
“Bizim məqsədimiz – hər kəsi cəmiyyətin üzvü etməkdir. Əgər sən iPhone istehsal edirsənsə, sənin məqsədin mümkün qədər çoxlu sayda telefon satmaqdır. Bizim məqsədimiz isə bundan fərqlənir”, - Facebook-un yaradıcısı vurğulayıb.